Tunel layihələndirməsində qruntların bərklik, dəf etmə, xüsusi dəf etmə, filtrasiya və deformasiya modulları nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.
Həmçinin Puasson əmsalı, daxili sürtünmə bucağı, qruntun sıxlığı və çatlılıq modulu layihədə əhəmiyyət daşıyır. Süxurların normativ şaquli və üfüqi təzyiqi, tağ-tavanın dağılma hündürlüyü və pozulmuş zonanın dərinliyi qiymətləndirilir. Tunel üzərində qrunt qatının hündürlüyü də layihələndirməyə təsir göstərir.
