Zərərçəkmiş şəxslərin sosial müdafiəsi dövlət tərəfindən təmin olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.

Onlara müavinətlərin alınmasında, təhsilini davam etdirməsində və işlə təmin olunmasında kömək göstərilir. Həmçinin, dövlət hesabına tibbi yardım və psixoloji reabilitasiya təşkil olunur. Yardım mərkəzləri və sosial qayğı tədbirləri də bu çərçivədədir.