Goranboy rayonunda 38 yaşlı Maşallah Əliyev həyat yoldaşı İlhamə Tağıyevanı qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.
Heftelik.az-ın APA-ya istinadən evrdiyi məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Maşallah Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Hadisəni törədən şəxsin anası Bülbül Əliyeva bildirib ki, oğlu 1989-cu il təvəllüdlü həyat yoldaşı İlhamə Tağıyevanın başqa şəxslərlə yazışdığını aşkar edib:
“Bir ay əvvəl oğlum gəlinin başqa şəxslərlə danışdığını öyrənib. Oğlum bunu tutandan sonra gəlinin ata-anasına xəbər verdi, onlar da qızlarını aparıb. Daha sonra qızın xalası xahiş elədi ki, 3 uşağın xətrinə bağışlasın. Oğlum da bağışladı, gəlin evə qaytarıldı. Amma dünən gecə oğlum yenidən yazışmaları tutub”.
Bülbül Əliyeva deyib ki, hadisədən ailə üzvləri toyda xəbər tutublar:
“Bu gün qardaşım oğlunun toyu idi. Toyda xəbər gəldi ki, oğlum arvadını bıçaqlayıb. Evə gələndə gəlinimin artıq öldüyünü gördük. Polis də hadisə yerinə gəldi. Mən hər şeyi gəlinin atasına olduğu kimi danışdım”.
Onun sözlərinə görə, İlhamə Tağıyeva iki nəfərlə yazışırmış:
“Oğlum gəlinin telefonunda biri bacım oğlu, digəri isə qonşu kənddən olan bir şəxslə yazışmalarını və səs yazılarını tutub. Oğlum bu məsələni namusuna sığışdırmayıb və hadisəni törədib”.
Məlumata görə, cütlüyün 2 oğlu və 1 qızı var. Hadisə baş verən zaman ər-arvad evdə tək olublar.