Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.