Zərurət yarandıqda, əcnəbi müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”nda əksini tapıb.

Mərkəzdə müayinə və müalicə mümkün olmadığı hallarda bu tədbir görülür.

Əcnəbinin sənədləri və tibbi məlumatları müəssisəyə təqdim edilir.

Bütün proses tibbi nəzarət altında həyata keçirilir.

Əcnəbi yalnız müvafiq müalicə tamamlandıqdan sonra Mərkəzə qaytarılır.