Daxili intizam qaydalarını pozan əcnəbilərə müxtəlif tənbeh tədbirləri tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzin daxili intizam Qaydalarında və Miqrasiya Məcəlləsində əksini tapıb.
Gəzintiyə çıxmaq hüququ, telefon və televiziya istifadəsi məhdudlaşdırıla bilər.
İdman, stolüstü oyunlar və yaxın qohumlarla görüş məhdudlaşdırıla bilər.
Bir nəfərlik xüsusi otaqda saxlanma tədbiri tətbiq edilə bilər.
Könüllü əcnəbilər Mərkəzdən xaric edilə bilərlər.