Bir sıra sosial və humanitar xarakterli ödənişlər sosial sığorta haqqından azad olunub.

Heftelik.az bildirir ki, bu, “Sosial sığorta haqqında” qanunda öz əksini tapıb.

Məsələn, təbii fəlakətlə bağlı yardımlar, dövlət təqaüdləri və humanitar təşkilatların verdiyi maliyyə dəstəkləri sosial sığortaya cəlb edilmir.

Əlilliyi olan şəxslərin əl işlərindən əldə etdikləri gəlir də bu imtiyazdan faydalanır.

Beləliklə, sosial yönümlü ödənişlər əlavə yükdən azad edilir.