Meksika televiziyasının tanınmış siması, 43 yaşlı xəbər aparıcısı Debora Estrella uçuş dərsi zamanı qəzaya uğrayan yüngül təyyarədə həyatını itirib.

Heftelik.az Lent.az-a istinadla bildirir ki, qəza Nuevo Leon ştatının Qarsiya şəhərində baş verib. Təyyarəni idarə edən pilot Bryan Ballesteros da dünyasını dəyişib.

Faciədən saniyələr əvvəl Debora Instagram-da təyyarənin şəklini paylaşaraq “Tapın görün nə?” yazmışdı. Uçuş Monterrey-Del Norte Beynəlxalq Hava Limanından başlayıb.

Qarsiya bələdiyyə başçısı hadisəni təsdiqləyib, iki nəfərin öldüyünü bildirib. Deboranın həmkarları və dostları onu həyat dolu insan kimi xatırlayaraq kədərli mesajlar paylaşıblar. Pilot Ballesterosun keçmiş tələbələri də ona sosial şəbəkələrdə vida mesajları yazıblar.