Tunellərdə normativ əyici moment, suyun daxili təzyiqi, yeraltı suyun təzyiqi və xarici təzyiq əsas yüklərdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.

Astar konstruksiyanın, beton və armaturun elastiklik modulu, həmçinin materialların dartılma müqavimətləri layihədə nəzərə alınır. Qazmanın hündürlüyü, astar konstruksiyanın qalınlığı, radiuslar və armatur kəsiyinin sahəsi də həndəsi parametrlərdən hesab olunur. Yük birləşməsi, iş şəraiti və qurğunun etibarlılığı əmsalları layihələndirmə üçün tətbiq olunur.