Tunellərin bütün uzunluğu boyu mühəndisi-geoloji tədqiqatların aparılması məcburi olacaq.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.

Tədqiqatlar zamanı sürüşmə, sel axınları və karst zonaları xüsusi diqqət mərkəzində olacaq.

Yeraltı suların səviyyəsi və süxurların dayanıqlığı da öyrənilməlidir.

Bu tədbirlər təhlükəsizlik və istismar davamlılığı üçün əsas hesab olunur.