Məişət zorakılığı ilə bağlı cinayət işi başlanarkən əlavə tədbirlər də nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.
Zəruri hallarda dövlət vəsaiti hesabına hüquqi və tibbi yardım göstərilir.
Zərərçəkən sığınacaq, qida və geyimlə təmin edilir, psixoloji reabilitasiya təşkil olunur.
Eyni zamanda zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyatı aparılır.