Xidmət üzrə tariflər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda əksini tapıb.
Tariflərə qoşulma haqqı, yenidən qoşulma haqqı və abunə haqqı daxildir. Ölkədaxili və beynəlxalq danışıq, “107” sifariş xidməti və faks xidməti də tariflərə əsasən ödənilir. Taksofon xidməti və rəqəmli rabitə kanallarından istifadə haqqı da daxil edilir. Şəhər və rayon daxili sabit telefon danışıqları isə ödənişsizdir. Abunəçilər göstərilən xidmətlərin haqqını müvafiq tariflərə uyğun olaraq aylıq ödəyirlər. Abunə haqqı cari ayın 5-dək ödənilməli, istifadə edilmiş xidmətlər üçün isə növbəti ayın 5-dək ödəniş aparılır.