Əcnəbi ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə dərhal yaxınlarına və Mərkəzin rəhbərliyinə məlumat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”nda əksini tapıb.
Xəbər tibb işçisi tərəfindən çatdırılır.
Əcnəbi təklif olunan müalicədən imtina edərsə, tibbi sənədlərdə qeyd aparılır.
İmtinanın səbəbləri və mümkün fəsadlar əcnəbi izah olunur.
İmtina təsdiqlənmədikdə akt tərtib olunur və şəxsi işə əlavə edilir.