Azərbaycan dövləti beynəlxalq konvensiya, müqavilə və sazişlərə qoşulmaqla öhdəliklərini yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Beynəlxalq əməkdaşlıq milli genefondun qorunması və istifadəsini təmin edir.
Bitkilərin genetik ehtiyat nümunələrinin gömrükdən çıxarılması yalnız icazə əsasında mümkündür.
Bu tələblər qanunun 6-cı maddəsində xüsusi göstərilmişdir.