Əcnəbi vəfat etdikdə, Mərkəzin rəisi dərhal yaxınlarına və diplomatik nümayəndəliklərə məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”nda əksini tapıb.
Həmçinin, beynəlxalq təşkilatlara xəbər çatdırılır.
Meyit aidiyyəti üzrə təhvil verilir.
Məhkəmə-tibb ekspertizasından sonra qohumlara təqdim edilir.
Əgər 7 gün ərzində müraciət olmazsa, dövlət vəsaiti ilə dəfn edilir.