Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə şəhər ərazisində qeydə alınıb.

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.