Ödəniş vaxtında edilmədikdə xidmətin dayandırılması abunəçi ilə operator arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda əksini tapıb.

Abunəçi yaranmış borcu növbəti 3 ay ərzində ödədiyi halda xidmət bərpa edilir. Əks halda, qoşulma müqaviləsinə xitam verilir və nömrə abunəçinin adından çıxarılır. Nömrənin çıxarılmasından sonrakı 3 ay ərzində bərpa üçün müraciət edilməzsə, nömrə digər abunəçilərə verilə bilər. Vaxtından əvvəl xitam borcları aradan qaldırmır. Qoşulma müraciəti şəbəkənin son nöqtəsindən 100 metrədək sadəcə qoşulma haqqı ilə təmin edilir. 100 metrdən artıq məsafələrdə isə əlavə xərclər müraciət edən şəxs tərəfindən ödənilir.