Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun vəsiyyətini yerinə yetirəcək.
Heftelik.az axsam.az-a istnadla xəbər verir ki, sənətçi “Xəzər axşamı” proqramında aktyorun sağlığında 80 illik yubileyini təmtəraqlı şəkildə qeyd etməyi planlaşdırdığını bildirib. O qeyd edib ki, atası yubileyini adını daşıyan nəvəsinin 10 yaşı ilə bir keçirəcəkdi:
“Heç vaxt ad günü etməmişəm. Atamın vəsiyyəti idi ki, mənim 80, nəvəmin 10 yaşını birlikdə qeyd edək. İndiyənə kimi heç bir ad günümdə ailə üzvlərim gəlməyiblər. İndi də oğluma sentyabrın 29-da ad günü edəcəyəm. 10 yaşı tamam olur. Dostlarım məni həmin gün tək qoymayacaq. O qədər mənəvi analarım var ki… Qayınanamı salamlayıram, yanımda olacaq”.
Səidə illərdir küsülü olduğu anası, aktrisa Səidə Dadaşovanı dəvət etmədiyini vurğulayıb.
Qeyd edək ki, Səidə və anası uzun illərdir danışmır. Bu yaxınlarda isə Səidə anası ilə bağlı qalmaqallı açıqlama verib.
