Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə özünü göstərir. Ümumxalq səsverməsində – referendumda da bu iradə ifadə olunur. Dövlət Azərbaycan vətəndaşlarının iradəsinin azad ifadəsini təmin edir.