Nəzarət subyektinə planlı yoxlamadan azı 7 iş günü, plandankənar yoxlamadan isə azı 2 iş günü əvvəl yazılı bildiriş təqdim olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Bildirişdə yoxlamanın başlanma tarixi, növü, əhatə dairəsi və müddəti qeyd edilir.
Bəzi hallarda, məsələn kapitalın itirilməsi təhlükəsi olduqda əvvəlcədən xəbərdarlıq edilmədən yoxlama aparıla bilər.
Nəzarət subyektinə yoxlama zamanı lazımi şərait və texniki vasitələr təmin edilir.