Damazlıq heyvanların sayının artırılması və səmərəli istifadəsi üçün damazlıq ehtiyatlarının sınağı və ekspertizası aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.

Sınaq və ekspertiza hüquqi şəxs statusunda fəaliyyət göstərən laboratoriyalar, ippodromlar və digər ixtisaslaşmış subyektlər tərəfindən həyata keçirilir.

Fəaliyyət daxili nizamnamə ilə tənzimlənir.

Nəticələr heyvanların istifadə təyinatının müəyyən edilməsinə xidmət edir və təhrif hallarında məsuliyyət nəzərdə tutulur.