Damazlıq heyvanların və heyvan qruplarının dövlət qeydiyyatı onların identikləşdirilməsi, mənşəyinin və istifadə təyinatının müəyyən edilməsi məqsədilə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Dövlət damazlıq kitabında hər bir damazlıq heyvan haqqında ətraflı məlumatlar qeyd olunur.
Damazlıq heyvanların dövlət reyestrinə mövcud cinslər və seleksiya nailiyyətləri daxil edilir.
Qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.