Damazlıq heyvandarlıq kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədilə yetişdirilməsi və istifadəsi ilə bağlı fəaliyyət sahəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Damazlıq işi heyvanların genetik potensialının yüksəldilməsini və yeni cinslərin yaradılmasını əhatə edir.
Damazlıq heyvanlar mənşəyi məlum, yüksək məhsuldar və təkrar istehsala yararlı heyvanlardır.
Cins heyvanların damazlıq özəyi isə yüksək genotip və məhsuldarlığa malik seçilmiş heyvanlar qrupudur.