Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Ehtiyatlar öhdəliklərin faizi nisbətində müəyyən olunur və Mərkəzi Bankda saxlanılır.
Norma, hesablanma və saxlanma qaydası Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
Mərkəzi Bank saxlanılan ehtiyatlar üzrə kredit təşkilatlarına faiz ödəmək hüququna malikdir.