Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Pul nişanlarının nominal dəyəri səthinin 60 faizindən az olmayan hissəsi və seriya nömrələrinin saxlanması şərti ilə ödənilir.

Metal pul nişanlarının nominal dəyəri təsvir və yazıları qorunmaq şərti ilə ödənilir.

Saxta pul nişanları dəyişdirilmir və aidiyyəti dövlət orqanına göndərilir.