Mərkəzi Bankın İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
İclaslara İdarə Heyətinin sədri və ya onun səlahiyyətlərini həyata keçirən üzv sədrlik edir.
İclas İdarə Heyətinin üzvlərinin tələbi ilə də çağırıla bilər.
Üzvlərə iclas barədə azı 3 gün əvvəl məlumat verilir.