Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları əldə etdikləri məlumatları məxfi saxlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Məlumat şəxsi və ya üçüncü şəxslərin maraqları üçün istifadə oluna bilməz.

Məxfilik tələbləri komitə, komissiya və işçi qruplarına cəlb olunan şəxslərə də şamil edilir.

Bu, bank və kommersiya sirrinin qorunmasını təmin edir.