Mərkəzi Bankın mənfəəti gəlirlərdən xərclərin çıxılması ilə hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Mərkəzi Bankın gəlirləri qanunvericiliyə uyğun fəaliyyətindən və digər qanuni mənbələrdən formalaşır.
Mərkəzi Bank mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərmir.
Mənfəət yalnız qanunla müəyyən edilmiş qaydada bölüşdürülür.