Qeydə alınmış namizəd işlədiyi və ya xidmətdə olduğu qurum tərəfindən seçkilər başa çatana qədər məzuniyyətlə təmin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Namizədə orta aylıq əmək haqqı məbləğində kompensasiya ödənilir. Bu müddətdə işdən çıxarılması və ya başqa işə keçirilməsi qadağandır. Namizədin seçki müddəti əmək stajına daxil edilir.