Səsvermə günü hava limanlarında, təyyarələrdə, qatarlarda və ekspedisiyalarda olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Eyni zamanda, üzən gəmilərdə məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin gəmidəki vətəndaşlar səsverməyə qatılmırlar. Neft platformalarında da komissiya yaradılmadıqda, orada olan şəxslər səsvermə hüququndan məhrum olurlar. Xarici dövlətlərdə diplomatik nümayəndəlik və seçki məntəqəsi yoxdursa, həmin ərazidə olan vətəndaşlar səsvermədə iştirak edə bilməzlər.