Mərkəzi Bank xarici ölkələrin maliyyə bazarlarına nəzarət orqanları ilə müqavilələr imzalayaraq əməkdaşlıq edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Bu əməkdaşlıq səlahiyyətlərin effektiv həyata keçirilməsini təmin edir.
Müqavilələr həm ikitərəfli, həm də çoxtərəfli ola bilər.
Mərkəzi Bank dövlətin və hökumətin adından öhdəlik götürmür.