Kredit təşkilatı ehtiyatların hesablanması və saxlanması qaydasını pozarsa, maliyyə sanksiyası tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Sanksiyanın məbləği orta günlük uçot dərəcəsinin müəyyən əmsallarla vurulması ilə hesablanır.
Pozuntu bir il ərzində 3 və daha artıq dəfə təkrar olunarsa, sanksiya artırılır.
Əgər uçot dərəcəsi bir faizdən azdırsa, hesablamada bir faiz nəzərə alınır.