Qarabağ və Dilbaz at cinsləri, Azərbaycan qonuru və Qırmızı Qazax qaramal cinsləri kimi yerli heyvanlar genofond nümunələri kimi tanınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Yeni yaradılan heyvan cinsləri və zooloji qruplar qanunvericiliyə uyğun qeydə alınır və patentləşdirilir.
Bu heyvanlar rayonlaşdırılır və dövlət damazlıq reyestrinə daxil edilir.
Damazlıq özəklərinə aid nümunələr dövlət tərəfindən qorunur və onların qeyri-qanuni çıxarılmasında məsuliyyət nəzərdə tutulur.