Damazlıq heyvandarlıq subyektləri dövlət reyestrinə və damazlıq kitabına tələb olunan məlumatları təqdim etmək məcburiyyətindədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Dövlət reyestrinin və damazlıq kitabının aparılması qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Seleksiya nailiyyətləri hesab edilən damazlıq ehtiyatlarının patent mühafizəsi qaydası ayrıca qanunla tənzimlənir.
Qeydiyyat heyvanların hüquqi və genetik statusunu təsdiqləyir.