Ekoloji təmiz qida məhsullarının emalında yalnız təbii qida əlavələrindən istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Emal şəraiti beynəlxalq sanitariya-gigiyena qaydalarına uyğun olmalıdır.
Kimyəvi maddələrin məcburi tətbiqi halında subyekt ekoloji təmiz statusunu itirir.
Məhsulların dövriyyəsi dayandırılır və bərpa müddəti qanunla müəyyən edilir.