Maliyyə bazarlarında tənzimləmə və nəzarət risk əsaslı yanaşma əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Nəzarət subyektlərinin biznes modeli, riskləri, kapitalı və gəlirliliyi nəzərə alınır.
Mərkəzi Bank fərqli normativ və tələbləri risk profili və sistem əhəmiyyətliliyinə uyğun tətbiq edə bilər.
Bu yanaşma maliyyə bazarlarının stabilliyini artırmaq məqsədi daşıyır.