Hüquqi və fiziki şəxslərin seçkilərin və referendumların gedişinə qanunsuz müdaxiləsi qadağan olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Seçicilərin hüquqlarının həyata keçirilməsinə mane olmaq, imza atmağa məcbur etmək və ya səs verməyə mane olmaq cinayət məsuliyyətinə səbəb olur. Səsvermənin nəticələrinin saxtalaşdırılması və ya səsvermənin gizliliyinin pozulması da qanunla qadağandır. Seçkilərin nəticələrinə təsir etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ciddi hüquqi məsuliyyət daşıyır.