Seçkiqabağı təşviqat media vasitəsilə, kütləvi tədbirlər yolu ilə və çap materiallarının yayılması ilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Həmçinin qanunla qadağan edilməyən digər üsullar da istifadə oluna bilər. Media vasitəsilə təşviqat açıq müzakirələr, mətbuat konfransları, televiziya və radio proqramları ilə aparılır. Seçki subyektləri təşviqat formasını sərbəst seçə bilərlər.