Ekoloji təmiz subyektlər sertifikat almaq üçün öz adı, ünvanı və fəaliyyət sahəsini təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Həmçinin, subyektin məhsul növləri və ekoloji öhdəlikləri barədə məlumat tələb olunur.
Ekoloji müşahidə və uyğunluğu qiymətləndirən qurumların adları qeyd edilir.
Sertifikat verilməsi üçün rəsmi təkliflər də təqdim edilməlidir.