Damazlıq ehtiyatı heyvanlar, onların toxumları, yumurtaları, rüşeymləri və embrionlarından ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Damazlıq heyvanların bonitirəsi onların keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsidir.
Təmiz cinsli yetişdirilmə eyni cins heyvanların müsbət xüsusiyyətlərinin qorunub saxlanmasını təmin edir.
Damazlıq heyvandarlıq təsərrüfatları heyvanların yetişdirilməsi, satışı və süni mayalanma kimi əməliyyatlarla məşğuldur.