Bitkiçilikdə torpağın münbitliyi və strukturu kimyəvi maddələrsiz tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Növbəli əkinlərdə paxlalı bitkilərdən və yerli, davamlı sortlardan istifadə edilir.
Kimyəvi maddələr tətbiq olunan əkin sahələri ilə ekoloji təmiz sahələr qarışdırılmamalıdır.
Toxumçuluqda yalnız ekoloji sertifikatlı materiallar istifadə olunur.