Bələdiyyə üzvlüyünə namizədlər və kiçik referendum qrupları da pulsuz efir vaxtı almaq hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Bu, Məcəllənin 77.4-cü maddəsində nəzərdə tutulmuş televiziya və radio kanallarında həyata keçirilir. Pulsuz efir vaxtı təşviqatın hər səviyyədə geniş yayılmasına kömək edir. Hər kəs üçün bərabər şərait yaradılır.