Dövlət damazlıq kitabı heyvanların mənşəyi, məhsuldarlığı və digər seleksiya əlamətlərinin qeydiyyat sənədidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Damazlıq heyvanların dövlət reyestri isə cins və cinsdaxili qrupların mərkəzləşdirilmiş uçot sistemidir.
Heyvanların identikləşdirilməsi damğalama, mikroçip və genetik ekspertiza vasitəsilə həyata keçirilir.
Bu sistem damazlıq heyvanların fərqləndirilməsi və izlənməsini təmin edir.