Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlayırıq.
Heftelik.az-ın məlumatına görə, bunu ADY sədrinin müavini Arif Ağayev deyib.
O bildirib ki, uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatı bərpa olunub.
“Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər”- deyə müavin əlavə edib.