Hüquqi və fiziki şəxslər, əcnəbilər və xarici hüquqi şəxslər damazlıq heyvandarlıq təsərrüfatları yarada bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Təsərrüfatlar hər bir cins üzrə təsdiq edilmiş seleksiya-damazlıq proqramına uyğun fəaliyyət göstərir.
Attestasiya nəticəsində təsərrüfatın növü müəyyən edilir.
Təsərrüfatın fəaliyyəti icra hakimiyyəti orqanının tələblərinə uyğun həyata keçirilir.