Cins heyvanların damazlıq pasportu heyvanın mənşəyini, məhsuldarlığını və damazlıq keyfiyyətlərini təsdiqləyən əsas sənəddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Damazlıq pasportu heyvanların dövlət qeydiyyatına alınması əsasında verilir.
Sertifikatlaşdırma damazlıq məhsulun genetik və normativ tələblərə uyğunluğunu sənədli təsdiqləyir.
Bu sənədlər heyvanın təkrar istehsala yararlılığı və yaxşılaşdırıcı kimi istifadəsini təmin edir.