Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanlar dövlət və ya xüsusi mülkiyyətdə fəaliyyət göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Bu orqanlar müvafiq icra hakimiyyəti tərəfindən akkreditasiya olunur.
Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası ayrıca qanunla tənzimlənir.
Orqanlar subyektlərdən müstəqil olmalı və istehsal prosesində iştirak etməməlidirlər.