Cümhuriyyət Xalq Partiyası (CHP) məhkəmə qərarı ilə CHP-nin İstanbul vilayət təşilatının sədri vəzifəsinə təyin edilən Gürsel Tekin, Savaş Aras, Erkan Narsap, Zeki Şen, Levent Çelik və Bariş Yarkadaşı partiyadan xaric edib.
Heftelik.az xəbər verir ki, onlar “partiyada üzərlərinə götürdükləri vəzifə və öhdəliklərə və üzvlüklə bir araya sığmayan davranışları” əsas gətirilərək partiyadan xaric olunublar.
Qeyd edək ki, CHP-nin İstanbul təşkilatının rəhbərliyi ilə bağlı müzakirələr 2023-cü il qurultayında başlayıb. Özgür Çelik CHP-nin 8 oktyabr 2023-cü ildə sədr seçilib. Lakin qurultaydan sonra “səslərin saxtalaşdırılması” ittihamları meydana çıxıb. Məhkəmə ehtiyat tədbiri olaraq konqresdə seçilmiş sədr və idarə heyəti üzvlərinin vəzifədən uzaqlaşdırılması və müvəqqəti idarə heyətinin təyin edilməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Gürsel Tekin sədr vəzifəsinə təyin edilib. CHP rəhbərliyinin bu qərara sərt reaksiyası Sarıyerdəki qərargahı ətrafında polislə partiya üzvləri arasında gərginliyə səbəb olub.
Türkiyə Mərkəzi Seçki Komissiyası CHP-nin İstanbul təşkilatının qurultayının keçirilməsinə razılıq verib.
Daha sonra CHP-yə İstanbul təşkilatının sədri seçilib. Bu vəzifəyə yenidən Özgür Çelik seçilib.