Hesabat ilinin mənfəəti ilk növbədə Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Kapital ehtiyatları formalaşdırıldıqdan sonra sərbəst qalığı dövlət büdcəsinə köçürülür.
Bu köçürmə həmçinin dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna da yönələ bilər.
Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra sərbəst mənfəət köçürülür.