Maliyyə sanksiyasının məbləği 5 iş günü ərzində manat ekvivalentində hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Sanksiya kredit təşkilatının Mərkəzi Bankdakı milli valyutada olan müxbir hesabından tutulur.
Hesabda kifayət qədər vəsait olmadıqda, xarici valyutada olan müxbir hesablarından tutulur.
Hesablamalar Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun aparılır.